Qvardiola Milana nəyə görə yollanıb? - bu komandaları izlədi

21:22 - 26 Fevral 2026

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola iki gün öncə Milanda olub.

Sportal.az "Tuttomercatoweb" portalına istinadən xəbər verir ki, ispan mütəxəssis Milanda keçirilmiş Çempionlar Liqasının pley-off mərhələsinin “İnter” – “Bodo Qlimt” görüşünü canlı izləyib.

Məsələ burasındadır ki, “Mançester Siti” 1/8 finalda ya “Bodo-Qlimt”lə, ya da “Real”- “Benfika” cütünün qalibi ilə qarşılaşacaq.

Püşkatma sabah baş tutacaq.

Qeyd edək ki, liqa mərhələsində "Mançester Siti" 16 xalla 8-ci pilləni tutub və pley-off mərhələsində oynamağa ehtiyac duymayıb. 
 

Xəbər xətti