"Barselona"nın yarımmüdafiəçisi 5-6 həftə meydanlardan kənarda qalacaq

22:05 - 26 Fevral 2026

"Barselona" klubunda Frenki de Yonqun zədəsi ilə bağlı təfərrüatlar açıqlanıb. Daha əvvəl bildirilmişdi ki, yarımmüdafiəçi məşq zamanı əzələ zədəsi alıb.

Sportal.az xəbər verir ki, Kataloniya klubunun açıqlamsında bunlar qeyd olunub:

“Bu gün səhər məşq zamanı əsas komandanın futbolçusu Frenki de Yonq sağ ayağın ikibaşlı əzələsinin distal hissəsindən zədə alıb. Müayinələr göstərir ki, bərpa prosesi 5–6 həftə davam edəcək”.

Xəbər xətti