İldə 7 milyard 447 milyon avro gəlir - maliyyə vəziyyəti ilə bağlı siyahı

22:34 - 26 Fevral 2026

UEFA Avropa klublarının maliyyə vəziyyəti ilə bağlı hesabat yayımlayıb.

Sportal.az xəbər verir ki, Avropa Futbol Assosiasiyaları İttifaqının məlumatına görə, İngiltərə Premyer Liqası komandaları 2024-cü ildə 7 milyard 447 milyon avro gəlir əldə edərək hamını geridə qoyub. Bu məbləğ 2023-cü illə müqayisədə 4% artıb.

Bundesliqa klubları 3,90 milyard, La Liqa 3,88 milyard, İtaliya klubları 2,92 milyard, Fransa klubları 2,58 milyard, Rusiya Premyer Liqası isə 1,03 milyard avro gəlir əldə edib.

İl ərzində ən böyük gəlir artımı Türkiyədə qeydə alınıb – 64% (877 milyon avroya qədər).

Ümumilikdə Avropanın yüksək liqalarının bütün komandaları 28,6 milyard avro gəlir əldə edib. Gözlənilir ki, 2025-ci ildə bu rəqəm 30 milyard həddini keçəcək. 20 milyardlıq göstərici 2017-ci ildə, 10 milyardlıq hədd isə 2007-ci ildə qeydə alınmışdı.

Xəbər xətti