"Benfika"nın futbolçusu matçdan sonra Vinisiusun formasını istəsə də...

23:12 - 26 Fevral 2026

"Benfika"nın müdafiəçisi Sidney Kabral "Real"ın vingeri Vinisius Juniorla forma dəyişmək fikrindən daşınıb.

Sportal.az xəbər verir ki, Madrid təmsilçisi pley-off matçlarında iki qələbə qazanaraq (1:0, 2:1) Portuqaliya klubunu UEFA Çempionlar Liqasından kənarlaşdırıb. Madriddə keçirilən cavab görüşündən sonra Kabral Vinisiusdan forma mübadiləsi etməyi xahiş edib. Braziliyalı futbolçu isə bunu stadionun alt hissəsində, paltardəyişmə otaqları zonasında etməyi təklif edib.

A Bolanın məlumatına görə, Sidney vəziyyəti klub rəhbərliyi ilə müzakirə etmək istəyib. Lakin paltardəyişmə otağına daxil olduqdan sonra anlayıb ki, belə bir addım “komanda daxilində problemlər yarada və kollektivdəki ab-havaya təsir göstərə bilər”.

Sidney etiraf edib ki, rəqib futbolçunun formasını istəmək qərarı düşünülməmiş addım olub və buna belə böyük məna veriləcəyini gözləmirmiş. Nəticədə o, forma dəyişməkdən imtina edib.

Xatırladaq ki, bu komandalar arasında ilk oyunda Vinisius Canluka Prestiannini irqçilikdə ittiham etmişdi. Argentinalı futbolçu cavab matçına diskvalifikasiya olunmuşdu.

Xəbər xətti