"Şamaxı"nın qolkiperi Rikardo Fernandeş Sportal.az saytına müsahibə verib.
- "Şamaxı" Misli Premyer Liqasının 22-ci turunda “Neftçi” ilə 2:2 hesablı heç-heçə etməyi bacardı. Bu matçın nəticəsi sizi razı saldı?
- "Neftçi" Azərbaycanın ən böyük klublarından biridir. Bunu qəbul etməyə bilmərik. Bütün bunlara baxmayaraq, biz bu görüşdə 3 xalı qazanmaq istəyirdik. İki dəfə qol buraxdığımız zaman reaksiyamız çox böyük xarakter daşıyırdı. Sonda da biz bir xalı qazanmağı bacardıq.
- "Neftçi" ilə görüşdə iki qol buraxsan da, qapıda yaxşı dayandın, bir neçə seyvlərin oldu...
- Hamımız çox fədakarlıq və özünəinamlə şəkildə oynayırıq. Mən də sadəcə komandaya mümkün qədər kömək etməyə çalışan biriyəm. Əlimdən gələni etməyə çalışdım.
- Vensan Abubakar meydana daxil olduqdan sonra iki qol vurdu. Onu dayandırmaq mümkün deyildi?
- Abubakar əla oyunçudur, bunu hamı bilir. Uzun müddət Portuqaliyada oynayıb, böyük təcrübəyə malikdir və elit bombardirdir. Bu tip oyunçulara qarşı oynamaq həmişə xoşdur.
- Bu, komandanın dumanlı havada oynadığı ikinci oyun idi. "Qarabağ"la oyun da dumanlı havada keçirildi. Bu halda, ön xətdəki oyunçuları meydanda normal görə bilirdiniz, yoxsa matç təxirə salınsaydı daha yaxşı olardı?
- “Neftçi” ilə görüşün sonlarına az qalmış duman gəldi. Duman hər iki komanda üçün eynidir. Heç kim bunu bəhanə kimi istifadə edə bilməz. Hamımız mübarizə aparmalıyıq. Düzü, irəli xətdi görməkdə bir az çətinlik var idi. Amma bu, ümumilikdə heç nəyə mane olmamalıdır.
- Növbəti görüşünüz kubokda “Qarabağ”a, çempionatda isə “İmişli”yə qarşıdır. Bu görüşlərdə uğurlu nəticələr qazanmaq mümkündür?
- Bəli, biz liqada “İmişli” ilə oynayacağıq. “İmişli” yaxşı təşkilatlanmış komandadır və çətin matç olacaq. Lakin ilk növbədə “Qarabağ”la kubok matçını düşünürük. Çünki növbəti görüş onlara qarşıdır. Bütün diqqətimiz “Qarabağ”a qarşı keçiriləcək matça yönəlib. Çərşənbə günü bizim üçün çox vacib bir oyun var.
Mirbağırağa
