Tanınmış futbolçu Braziliya klubu ilə anlaşdı

14:17 - 2 Mart 2026

İngiltərə millisinin sabiq üzvü Cessi Linqard karyerasını Braziliyada davam etdirəcək.

Sportal.az xəbər verir ki, 30 yaşlı hücumameyilli yarımmüdafiəçi "Korintians"la anlaşıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Təcrübəli futbolçu A Seriyası təmsilçisi ilə 1+1 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Cessi Linqard son olaraq Cənubi Koreyada "Seul"un formasını geyinib. O, daha əvvəl "Mançester Yunayted", "Birmingem", "Brayton", "Derbi Kaunti", "Vest Hem" və "Nottingem Forest"də çıxış edib.

Xəbər xətti