Nunes Premyer Liqaya qayıda bilər

17:31 - 2 Mart 2026

"Əl-Hilal"In hücumçusu Darvin Nunes İngiltərə Premyer Liqasına qayıda bilər.

Sportal.az xəbər verir ki, "Çelsi" və "Nyukasl" uruqvaylı forvardı transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Klubu Nunesin adını Səudiyyə Ərəbistanı çempionatının ikinci dövrəsi üçün iştirak ərizəsinə daxil etməyib. Buna görə də 26 yaşlı forvardın yayda Premyer Liqaya qayıtmaq ehtimalı yüksək qiymətləndirilir.

Qeyd edək ki, "Əl-Hilal" Darvin Nunesi mövsümün əvvəlində "Liverpul"dan 53 milyon avroya transfer edib. Futbolçu komandanın heyətində meydana çıxdığı 24 rəsmi matçda 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti