İtaliya A Seriyasında noyabr ayının ən yaxşı oyunçusu müəyyənləşib.
Sportal.az xəbər verir ki, "Kremoneze"nin hücumçusu Ceymi Vardi ötən ayın ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
38 yaşlı forvard Lautaro Martines (“İnter”), Mayk Menyan (“Milan”), David Neres (“Napoli”), Nikolo Zaniolo (“Udineze”) və Leo Ostiqaardı (“Cenoa”) qabaqlayıb.
Qeyd edək ki, Ceymi Vardi ötən mövsüm "Kremoneze"nin heyətində İtaliya çempionatında meydana çıxdığı 4 maatçda 3 qol vurub.
saytlarin hazirlanmasi
