"İnter"in heyətində ciddi itkilər

21:35 - 11 Dekabr 2025

İtaliyanın "İnter" klubunun heyətində ciddi itkilər baş verib.

Sportal.az xəbər verir ki, Milan təmsilçisinin müdafiəçisi Françesko Açerbi və yarımmüdafiəçisi Hakan Çalhanoğlu sıradan çıxıb.

Hər iki futbolçu UEFA çempionlar Liqası Liqa mərhələsinin 6-cı turunun "Liverpul"la oyununda zədələnib.

Açerbinin zədəsi ciddidir. İtaliyalı mərkəz müdafiəçisi təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacaq. Hakan isə həftəsonu A Seriyasında "Cenoa" ilə matçda iştirak etməyəcək. Türkiyəli yarımmüdafiəçi dekabrın 14-də İtaliya Superkubokunun "Bolonya" görüşündə komandaya kömək edə biləcək.

Xəbər xətti