"Əgər kimsə "Real"ın "öldüyünü" düşünürsə, çox ciddi şəkildə yanılır"

22:25 - 13 Dekabr 2025

“Real Kastilya”nın baş məşqçisi Alvaro Arbeloa Xabi Alonsonu əsas komandada əvəz edə biləcək namizədlərdən biri kimi adlandırılması ilə bağlı fikirlərini bölüşüb.

Sportal.az xəbər verir ki, Arbeloa öz açıqlamasında bunları qeyd edib:

"Mən “Kastilya”nın məşqçisiyəm. Tam olaraq buna fokuslanmışam, çərşənbə axşamı “Mançester Siti”yə qarşı oyuna və gələn şənbə “Selta Fortuna” ilə matça. Mənim üçün bundan başqa heç nə mövcud deyil.

Xabi mənim yaxın dostumdur, ona görə də o mənim haqqımda danışır, mən də onun haqqında. Və heç nə mənim onun müstəsna məşqçi olması barədə fikrimi dəyişməyəcək.

“Real”ın məşqçisinə olan tələblər son dərəcə yüksəkdir. Bu həftə bütün bunlar barədə danışdıq, akademiya, əsas komanda ilə məşq edə biləcək oyunçular haqqında… Münasibətlərimiz çox yaxşıdır və bu heç vaxt dəyişməyəcək. Mövsüm ərzində istənilən komandanın yüksəliş və enişləri olur. Amma əgər dünyada kimsə “Real”ın öldüyünü düşünürsə, o, çox ciddi şəkildə yanılır."

Klubun ona əsas komandaya rəhbərlik etmək ehtimalı barədə məlumat verib-vermədiyi sualına isə Arbeloa qısa cavab verib: «Xeyr».

Xəbər xətti