"Çox az azadlıq verir, onun çatışmazlığı fikrində ilişib qalmasıdır" - "Mançester Siti"nin yarımmüdafiəçisi

23:41 - 12 Dekabr 2025

"Mançester Siti"nin sabiq yarımmüdafiəçisi David Silva baş məşqçi Pep Qvardiola ilə iş birliyi haqqında danışıb.

Sportal.az xəbər verir ki, Silva keçmiş baş məşqçisi haqqında bunları qeyd edib:

"Uzun müddət cinahda oynayırdım, baxmayaraq ki, mərkəzə meyilli idim, o isə məni mərkəzə keçirdi. Bu mövqe mənə mükəmməl uyğun gəlirdi. O illər möhtəşəm idi. Onunla işləmək tamamilə başqa səviyyə idi, çünki o, digər komandanın nə etməyə hazırlaşdığını əvvəlcədən bilirdi, hər şeyə hazır olurdu və oyun zamanı hər şey sanki özü-özünə yoluna düşürdü. Bu, tam fərqli bir səviyyədir.

 Çox az azadlıq verir, onun ən böyük çatışmazlığı hədsiz dərəcədə bir şeydə ilişib qalmasıdır. Çox az azadlıq verir. Amma qalan hər şeydə o, bir dahidir".

Xəbər xətti