"Bavariya" "Çelsi"dən 100 milyon avro tələb edir

14:41 - 13 Mart 2026

"Bavariya"nın yarımmüdafiəçisi Aleksandar Pavloviç karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Çelsi" almaniyalı futbolçunu transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Bundesliqa nəhəngi Pavloviçə 100 minyon avro qiymət qoyub. Klub 21 yaşlı dayaq yarımmüdafiəçisini bu məbləğdən aşağı satmağı düşünmür.

Qeyd edək ki, Aleksandar Pavloviç "Bavariya"nın yetirməsidir. Almaniya millisinin üzvü cari mövsümdə Münhen təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti