"Şamaxı" "Sumqayıt"ı məğlub etdi, "Araz-Naxçıvan"dan qələbə - YENİLƏNİB

22:24 - 13 Mart 2026

Bu gün Misli Premyer Liqasında 24-cü tura start verilib.

Sportal.az xəbər verir ki, "Araz-Naxçıvan" "Karvan-Yevlax"la üz-üzə gəlib. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Sumqayıt" isə "Şamaxı"nı qəbul edib. Meydan sahibləri bu matçdan 0:1 hesablı məğlubiyyətlə ayrılıblar.

Misli Premyer Liqası
XXIV tur

13 mart

18:30 "Araz-Naxçıvan" – "Karvan-Yevlax" 2:1

Qollar: Hamidu Keyta, 37, Ba Muaka Simakala, 40 - Kayl Spens, 51
Baş hakim: Kamranbəy Rəhimov
“Liv Bona Dea Arena”

20:30 "Sumqayıt" – "Şamaxı" 0:1

Qol: K.Rossi,78
Baş hakim: Cavid Cəlilov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Xəbər xətti