"Bu qərarlarıma görə məni çox sərt tənqid ediblər" - Qvardiola

00:27 - 14 Mart 2026

Pep Qvardiola "Real"a 0:3 hesablı məğlubiyyətdən sonra heyət seçimi ilə bağlı qərarlarına görə tez-tez tənqid olunduğunu, amma onları müdafiə etməyə davam edəcəyini bildirib.

Sportal.az xəbər verir ki, "Mançester Siti"nin baş məşqçisi öz açıqlamasında bunları qeyd edib:

“Bu, mənim üçün ilk dəfə deyil ki, ağrılı olur. Mən Çempionlar Liqasında dəfələrlə və bütün mərhələlərdə məğlub olmuşam. Qərarlarıma və baş verənlərə görə məni sərt şəkildə tənqid ediblər.

Belə şeylər mənim üçün yeni deyil. Amma eyni zamanda mən hələ də buradayam. Və son günümə qədər heyətlə bağlı qərarlarımı müdafiə edəcəyəm. Mən sizi inandıra bilmərəm, çünki biz uduzmuşuq və arqumentlər eyni qalır.

İndi bizi "Vest Hem"lə oyun gözləyir, sonra isə "Real" haqqında düşünmək üçün vaxtımız olacaq. Meydana çıxıb lazım olduğu kimi oyna, oyundan sonra isə görəcəksən ki, şansın var, yoxsa yox."

Xəbər xətti