Nərimanı alan ABŞ klubu bu dəfə “Qarabağ”dan kimi istədi? - SON DƏQİQƏ XƏBƏRİ

18:57 - 13 Mart 2026

Nəriman Axundzadəni sıralarına qatan "Kolambus Kru" daha bir azərbaycanlı futbolçuya elçi düşüb.

Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, 23 yaşlı hücumçu ilə müqavilə bağlamış ABŞ klubu bu dəfə də "Qarabağ"ın qapısını döyüb.

MLS təmsilçisi indi də Toral Bayramovun xidmətində maraqlıdır. "Kolambus Kru" adıçəkilən müdafiəçiyə iddiasını rəsmi surətdə ortaya qoyub.

Ona görə Azərbaycan çempionuna müraciət göndəriblər.

"Qarabağ" yaxınlarda Jeremi Qnalini AEK-dən transfer edib. Kipr klubundan alınan sol cinah müdafiəçisi ilə 2,5 illik müqavilə imzalanıb.

Fransalı legionerin gəlişindən sonra Toral Bayramovun ilk "11-lik"də yer almaq ehtimalı bir qədər də azalıb. Odur ki, "Xəzər Lənkəran"ın yetirməsinin yayda düşərgəni dəyişməsi gözlənilir.

Xəbər xətti