Dieqo Simeone 2-ci yerə yüksəldi - qələbələrin sayına görə

23:28 - 13 Dekabr 2025

Dieqo Simeone İspaniya çempionatında məşqçilər arasında qələbələrin sayına görə ikinci yerə yüksəlib.

Sportal.az xəbər verir ki, bu gün “Atletiko” argentinalı mütəxəssisin rəhbərliyi altında La Liqanın 16-cı turunda “Valensiya”nı 2:1 hesabı ilə məğlub edib. Bu, Simeonenin İspaniya çempionatında məşqçi kimi qazandığı 324-cü qələbədir. Dieqo bu göstərici ilə 323 oyunda qalib gəlmiş Migel Munyosu qabaqlayıb.

Bu turnirdə məşqçi postunda daha çox qələbə yalnız Luis Araqonesə məxsusdur – 344.

Xatırladaq ki, Simeone “Atletiko”ya 2011-ci ildən rəhbərlik edir.

Xəbər xətti