Rüfət Abdullazadənin komandası səfərdə uduzdu

10:17 - 13 Dekabr 2025

Futbol üzrə Xorvatiya çempionatında 17-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Rüfət Abdullazadənin formasını geyindiyi "Varajdin" səfərdə "Vukovar 91"in qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Rüfət bu matçda iştirak etməyib. 24 yaşlı yarımmüdafiəçi sona qədər ehtiyatda qalıb.

17 turdan sonra 23 xal toplayan "Varajdin" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Xəbər xətti