“Liverpul”un baş məşqçisi Arne Slot bu gün Premyer Liqanın 16-cı turunda “Brayton”a qarşı keçirilən oyunda (2:0) Məhəmməd Salahın heyətdə yer alması ilə bağlı fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, Slot oyundan sonra keçirilən mətbuat konfransında Salah haqqında ünvanlanan suala belə cavab verib:
"Düşünürəm ki, o, rəqib üçün real təhlükə idi. İlk toxunuşu ilə demək olar ki, Mak Allisterə qol ötürməsi verirdi. Daim hücumlarımızda iştirak edirdi. Mo olanda bu dərhal hiss olunur. Bunu görmək xoşdur, baxmayaraq ki, bu, sürpriz deyil. Onu heyətə daxil etmək qərarı sadə idi. Onunla aramızda danışılan hər şey sirr olaraq qalacaq. O, bizə lazım idi və məhz o, ikinci qolda məhsuldar ötürməni verdi. Bu mövsüm standart vəziyyətlərdə mübarizəni çox tez-tez uduzmuşduq.
O, Afrika Millətlər Kubokuna yollanır və bu da o deməkdir ki, daha bir futbolçunu itiririk. Biz bunu mövsüm başlamazdan əvvəl də bilirdik. Ümid edirəm ki, bir-iki oyunçu zədədən sonra geri qayıda biləcək."
Xatırladaq ki, daha əvvəl misirli futbolçu ardıcıl üç oyunda start heyətində yer almamasından sonra klubun ona münasibətini tənqid etmişdi: "Bu, mənə ağrılı gəlir. Mən Premyer Liqanı qazanmışam, bu nəsildə hamıdan çox qol vururam. Niyə hər şey belə bitməlidir?"
saytlarin hazirlanmasi
