"Çelsi"nin sabiq futbolçusu karyerasını başa vurur - səhhətindəki problemlərə görə

22:53 - 12 Dekabr 2025

"Çelsi"nin sabiq yarımmüdafiəçisi və "San-Paulo"nun futbolçusu Oskar səhhətindəki problemlərə görə karyerasını bitirəcək.

Sportal.az ESPN-ə istinadən xəbər verir ki, yarımmüdafiəçi səhhətində yaranan problemlərdən sonra peşəkar idmanı tərk etmək qərarını yaxın dostlarına bildirib. 11 noyabrda Oskar klubun təlim-məşq bazasında planlı müayinədən keçərkən huşunu itirib və San-Pauloda xəstəxanada həkim nəzarəti altında beş gün keçirib.

Futbolçuya qıcolma diaqnozu qoyulub. Bu, arterial təzyiqin və ürək döyüntüsünün azalması nəticəsində baş verən qısamüddətli huş itirmə halıdır.

"San-Paulo" rəhbərliyi vəziyyəti və oyunçunun gələcəyini müzakirə etmək üçün Oskarla görüşməyi planlaşdırır. Ona klubda iş təklif oluna bilər.

Xəbər xətti