Morata zədələndi - 3 ay oynamayacaq

15:57 - 12 Dekabr 2025

İtaliyanın "Komo" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, komandanın hücumçusu Alvaro Morata sıradan çıxıb.

İspaniyalı hücumçu A Seriyasının 14-cü turunun "İnter"lə səfər matçında (0:4) zədələnib. 33 yaşlı forvard 3 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, "Komo" Alvaaro Moratanı mövsümün əvvəlində "Milan"dan icarəyə götürüb. İspaniya millisinin üzvü A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 15 rəsmi maatçda 1 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti