"Leypziq"in futbolçusu Yan Diomande karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Liverpul", "Çelsi", "Tottenhem" və "Mançester Siti" Fil Dişi Sahili millisinin üzvünü transfer etmək istəyir. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
Almaniya klubu Diomandeni yayda satmağın əleyhinə deyil. Onlar 19 yaşlı vinger üçün 100 milyon avro tələb edəcəklər.
Qeyd edək ki, "Leypziq" Yan Diomandeni bu ilin iyul ayında "Leqanes"dən 20 milyon avroya transfer edib. Gənc istedad Bundesliqa təmsilçisinin heeyətində meydana çıxdığı 15 rəsmi matçda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
