"Sabah" "Zirə"yə qalib gəldi, "Qarabağ" "Kəpəz"i məğlub etdi - YENİLƏNİB

19:32 - 27 Yanvar 2024

Bu gün Azərbaycan Premyer Liqasında 20-ci turun növbəti oyunları keçirilib. 

Sportal.az xəbər verir ki, "Kəpəz" "Qarabağ"ı qəbul edib. Qəbələdəki matçda Ağdam klubu qələbə qazanıb.  

"Sabah" isə "Zirə"nin qonağı olub. Masazır klubu rəqibini məğlub edib.   

"Kəpəz" - "Qarabağ" 1:2
Qollar:
Onanuqa 72 - Juninyo 78, Toral Bayramov 90+6(p)
Baş hakim: Nicat İsmayıllı

"Zirə" - "Sabah" 0:1
Qol:
Çakla 90+9(p)
Baş hakim: Rauf Cabbarov
Qırmızı vərəqə: Elvin Camalov 44 

Xəbər xətti