"Mbappe bəzi oyunlara əsas heyətdə başlamayacaq, o bunu bir reallıq kimi qəbul etməlidir" - Alonso

22:35 - 19 Sentyabr 2025

Xabi Alonso heyətdə rotasiya aparmaq niyyətində olduğunu açıqlayıb.

Sportal.az xəbər verir ki,  "Real"ın baş məşqçisi komanda haqqında danışarkən bunları qeyd edib:

"Qarşımızda çoxlu oyunlar var və əminəm ki, Mbappe-nin start heyətində olmayacağı matçlar da olacaq. Onun bunu reallıq kimi qəbul etməsi gərəkdir. Kilyan çox vacibdir, amma elə günlər olacaq ki, oyuna əsas heyətdə başlamaya bilər".

Xəbər xətti