"Beşiktaş" İzmir səfərində darmadağın oldu - VİDEO

23:48 - 19 Sentyabr 2025

Türkiyə Super Liqasında VI turun oyunlarına start verilib.

Sportal.az xəbər verir ki, turun ilk matçında "Beşiktaş" səfərdə "Göztəpə"nin qonağı olub. Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Beşiktaş" 6 xalla 10-cu, "Göztəpə" isə 12 xalla 2-ci pillədə qərarlaşıb.

Türkiyə Super Liqası
VI tur

"Göztəpə” - “Beşiktaş” - 3:0

Qollar: J.Santos,4, Rhaldney,19, İ.Sabra,84

Xəbər xətti