Ronaldo dubl etdi, "Əl-Nəsr" darmadağınla qalib gəldi

09:55 - 21 Sentyabr 2025

Kriştiano Ronaldonun formasını geyindiyi "Əl-Nəsr" Səudiyyə Ərəbistanı çempionatında növbəti görüşünü keçirib.

Sportal.az xəbər verir ki, Ronaldonun komandası "Əl-Riyad"ı 5:1 məğlub edib.

Portuqaliyalı futbolçu bu matçda dublla yadda qalıb.

Digər qolları isə Joao Feliks (dubl) və Kinqsli Koman vurub. "Əl-Riyad"ın qoluna isə Mamadu Silla imza atıb.

"Əl-Nəsr" 3 turdan sonra 9 xalla turnir cədvəlinə rəhbərlik edir. 

Xəbər xətti