Millimizin sabiq baş məşqçisinin əvəzinə Vuçiniç təyin olundu

00:30 - 20 Sentyabr 2025

Mirko Vuçiniç Çernoqoriya millisinin yeni baş məşqçisi təyin olunub.

Sportal.az xəbər verir ki, "Yuventus" və "Roma"nın sabiq hücumçusu bu posta vəzifəsindən azad edilmiş Robert Prosineçkinin yerinə təyin edilib. Müqavilənin müddəti cari ilin sonuna qədərdir.

Vuçiniç 2022-ci ildən millinin məşqçi heyətində çalışırdı. O, futbolçu kimi milli komandada 46 oyun keçirib və 17 qol vurub.

Xatırladaq ki, Prosineçki 2014-2017-ci illərdə Azərbaycan yığmasının baş məşçqisi olub

Xəbər xətti