Romario Argentina və "Real" arasında seçim edib.
Sportal.az əbər verir ki, "GeTV"yə açıqlamasında 1994-cü ilin dünya çempionu, "Barselona"nın və Braziliya yığmasının sabiq hücumçusundan soruşublar – "Real"da oynamağı, yoxsa Argentina yığmasında çıxış etməyi seçərdi.
"Lənət olsun… İki möhtəşəm komanda. Mən Argentina üçün oynayardım. Mən ölənə qədər "Barselona"nın azarkeşiyəm". – 59 yaşlı Romario cavab verib.
Romario 1993–1995-ci illərdə "Barselona"nın heyətində çıxış edib, klubla iki dəfə İspaniya çempionu, bir dəfə isə ölkə Superkubokunun qalibi olub.
saytlarin hazirlanmasi