Milli komandamızın sabiq forvardı zədələndi

11:48 - 30 Sentyabr 2025

Almaniyanın “Dinamo”(Berlin) klubunun azərbaycanlı hücumçusu Rüfət Dadaşov zədələnib.

Sportal.az “Berliner Kurier”ə istinadən xəbər verir ki, millimizin sabiq hücumçusu Şimal-Şərqi Regionalliqanın 10-cu turunda "Altqlinike" ilə oyunda (0:0) sıradan çıxıb.

Oyuna başlayan Dadaşov matç zamanı dizindən zədələnib və 50-ci dəqiqədə əvəzlənib. 

Azərbaycanlı forvardın nə qədər müddətə sıradan çıxdığı hələlik məlum deyil.
 

Xəbər xətti