"Atletiko" Kurtuanın lövhəsini əfsanələr siyahısından götürəcək?

23:16 - 27 Sentyabr 2025

Bu gün “Real”la La Liqa-nın 7-ci turundakı derbidən (5:2) əvvəl “matrasçılar”ın azarkeşləri Tibo Kurtuanın ad lövhəsini növbəti dəfə zibilə basdırıblar.

Sportal.az xəbər verir ki, "The Athletic"in məlumatına görə, “Atletiko” klubda əvvəl oynamış futbolçuların ad lövhələrinin əfsanələr siyahısına salınması üçün seçim sisteminin dəyişdirilməsini ciddi şəkildə nəzərdən keçirir. Müvafiq qərarlar azarkeşlərin səsverməsi ilə qəbul oluna bilər.

Kurtuanın ad lövhəsi əbədi olaraq götürülə bilər.

Qeyd edək ki, Kurtua  2011–2014-cü illərdə “Atletiko”nun heyətində çıxış edib. 2018-ci ildən isə “Real”da oynayır.

Xəbər xətti