"Sabah"ın futbolçusu əməliyyat olundu

15:15 - 26 Sentyabr 2025

“Sabah”ın yarımmüdafiəçisi Zinəddin Uld Xaled əməliyyat olunub.

Sportal.az xəbər verir ki, fransalı futbolçu ayağın beşinci daraq sümüyünün Jones tip 2 qırığı əməliyyatı keçirib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bakıdakı klinikalardan birində baş tutan əməliyyat uğurla yekunlaşıb. Həkimlərin ilkin rəyinə görə, Xaled təxminən 6 həftə sonra məşqlərə qayıda biləcək.


Xəbər xətti