Futbol üzrə Azərbaycan I Liqasında III tura start verilib.
Sportal.az xəbər verir ki, doğma meydanda "Cəbrayıl"ı qəbul edən "Şəfa" 3:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, "Şəfa" ardıcıl 3-cü qələbəsini qazanaraq turnir cədvəlində "Səbail"lə 1-ci və 2-ci yerləri bölüşürlər.
"Şəfa" - "Cəbrayıl" 3:0
Qollar: E.Zamanov, 50, U.İsmayılov, 80, A.Ebrahimzade, 90+1