Canluici Donnarumma "France Football"un versiyasına görə mövsümün ən yaxşı qapıçısı seçilib.
Sportal.az xəbər verir ki, hazırda “Mançester Siti”də çıxış edən, ötən mövsüm PSJ-nin qapısını qoruyan italiyalı futbolçuya “Qızıl top” mərasimində Lev Yaşin adına trofey təqdim olunub.
Bu, qolkiperin sözügedən nominasiyada ikinci qələbəsidir. O, ilk dəfə 2021-ci ildə qalib olmuşdu. Donnarumma, bu günə qədər iki dəfə bu mükafatı qazanan yeganə oyunçu olan Emiliano Martinesin rekordunu təkrarlayıb. Səsvermədə ilk beşliyə həmçinin Alisson (“Liverpul”), Yan Sommer (“İnter”), Tibo Kurtua (“Real”) və Yassin Bunu (“Əl-Hilal”) daxil olub.
Qadın futbolunda isə “Çelsi”nin üzvü Hanna Hempton ən yaxşı qapıçı seçilib.
saytlarin hazirlanmasi