Premyer Liqa klubunda baş məşqçi ayrılığı gözlənilir

14:47 - 21 Sentyabr 2025

"Vest Hem"in baş məşqçisi Qrem Potter uğursuz nəticələrdən sonra klubdan qovulmaq ərəfəsindədir. 

Sportal.az “BBC”yə istinadən xəbər verir ki, o, London klubunun rəhbərliyi bu mövsüm keçirilmiş 6 matçdan beşində uduzduqdan sonra baş məşqçi postunda dəyişiklik etməyə hazırlaşır.

Potteri əvəz etməyə əsas namizədlər arasında Premyer Liqa təcrübəsi olan Nuno Eşpirito Santo, Slaven Biliç, Qari Oneyl var.

Potter 2025-ci ilin yanvarından “Vest Hem”ə rəhbərlik edir. 
 

Xəbər xətti