"Qarabağ"ın rəqibinin baş məşqçisi: "Belə səhvlərə yol vermək bağışlanmazdır"

16:22 - 21 Sentyabr 2025

"Çelsi"nin baş məşqçisi Enzo Mareska İngiltərə Premyer Liqasının 5-ci turunun "Mançester Yunayted"lə oyunun nəticəsini şərh edib.

Sportal.az “BBC”yə istinadən xəbər verir ki, dünən "Old Trafford"da oynanılan qarşılaşma 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.  İtaliyalı mütəxəssis rəqib meydançasındakı məğlubiyyət haqda bunları deyib:

"Oyunun startından üç dəqiqə sonra qırmızı vərəqənin olması oyunu tamamilə dəyişdi. Rəqiblərin də on oyunçusu olandan sonra qüvvələr balansı bizim xeyrimizə idi. Lakin oyuna belə başlamaq yolverilməz səhv idi. Hər iki komanda meydanda 10 nəfərlə qaldıqdan sonra oyun həqiqətən də dəyişdi, biz daha çox qol şansı yaratdıq və topa nəzarət etdik. Oyuna tamam başqa cür başlamalı idik. Belə səhvlərə yol vermək bağışlanmazdır".

Qeyd edək ki, “Çelsi” Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən biridir. “Qarabağ” – “Çelsi” görüşü 4-cü tur çərçivəsində, noyabrın 5-də Bakıda keçiriləcək.
 

Xəbər xətti