Azərbaycanın U-21 yığmasının və “Şamaxı”nın yarımmüdafiəçisi Edqar Adilxanov sıradan çıxıb.
Sportal.az saytına verilən məlumata görə, gənc futbolçu təxminən 6 həftə oynamayacaq.
Yığma komandamızın heyətində zədələnən Adilxanov hazırda müalicə olunur.
Onun U-21 yığmasının da oktyabrda AVRO-2027-nin seçmə mərhələsinin Çexiya(10 oktyabr) və Şotlandiya(14 oktyabr) yığmalarına qarşı meydana çıxmayacağı ehtimal edilir.