"Neftçi"nin yarımmüdafiəçisi Afrika Millətlər Kubokunda qələbəyə sevindi

18:50 - 27 Dekabr 2025

Afrika Millətlər Kubokunda 2-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün B qrupunda Benin və Botsvana milli komandaları üz-üzə gəlib. Qarşılaşma birincilərin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Benin yığmasında Azərbaycan Premyer Liqasında çıxış edən bir futbolçu da meydana çıxıb. "Neftçi"nin yarımmüdafiəçisi Sessi Dalmeyda matça start heyətində başlayıb. 30 yaşlı futbolçu 54-cü dəqiqədə əvəzlənib.

"Sumqayıt"da çıxış edən Abdul Raşid Mumini isə bu görüşdə iştirak etməyib. 21 yaşlı sol cinah müdafiəçisi sona qədər ehtiyatda qalıb.

2 turdan sonra 3 xal toplayan Benin seçməsi B qrupunda turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Xəbər xətti