Portuqaliya millisinin üzvü "Əl-İttihad"a keçir

20:21 - 25 Dekabr 2025

"Latsio"nun müdafiəçisi Nunu Tavareş karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Əl-İttihad" portuqaliyalı futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Ekrem Konur məlumat yayıb.

İtaliya klubu Tavareşi satmağın əleyhinə deyil. Onlar 25 yaşlı sol cinah müdafiəçisinin satışından 20-25 milyon avro gəlir əldə etməyi planlaşdırırlar.

Qeyd edək ki, "Latsio" Nunu Tavareşi mövsümün əvvəlində "Latsio"dan transfer edib. Portuqaliya millisinin üzvü paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 10 rəsmi matçda 1 qol ötürməsi edib.

Xəbər xətti