"Qəbələ"yə qarşı görüş çox maraqlı alındı. İlin son oyunu idi. İstəyirdik ki, oradan qalibiyyətlə geri dönək. Komandada yorğunluq var idi. Buna baxmayaraq, qələbə qazanmağı bacardıq. Qəbələdə oynamaq çətindir. Hava və atmosfer də belədir. Şükürlər olsun ki, qalibiyyət əldə etdik".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Qarabağ"ın müdafiəçisi Elvin Cəfərquliyev deyib. O, 2025-ci ili həm özü, həm də komandası üçün bu cür dəyərləndirib: "Normal dəyərləndirərdim. Hər şey yaxşıdır, qaydasındadır. Ümumi olaraq, həm psixoloji, həm də fiziki baxımından yorğunçuluq var. Amma fikirləşirəm ki, hər şey bizim üçün yaxşı tamamlandı. Bununla yetinmək istəmirik. Yeni ildən bundan da yaxşı olmaq istəyirik".
- İlin ən yaxşıları arasında sənin də adın var. Özünü ilin ən yaxşısı görürsən?
- Hamıya təşəkkür edirəm ki, məni ən yaxşılar sırasında görürlər. Xeyirlisi nədirsə, o da olsun.
- Ötən il səsvermədə az fərqlə ikinci olmuşdun. Birinci yeri isə Toral Bayramov tutmuşdu. Düşünmürsən ki, səsvermədə birinci olmamağın oyunlarda aldığın qırmızı vərəqələrlə bağlı idi?
- Onların hamısı geridə qaldı. Öz üzərimdə çox işləyirəm ki, elə hadisələr bir daha təkrarlanmasın. Görürsüz ki, ən yaxşı Elvin olmağa çalışıram. Əlimdən gələni edəcəm ki, hamının ümidlərini doğruldum.
Mirbağırağa
saytlarin hazirlanmasi
