Osimhen bu futbolçuya "Qalatasaray"a keçməyi məsləhət gördü

13:49 - 22 Dekabr 2025

"Qalatasaray"ın hücumçusu Viktor Osimhen həmyerlisi, "Atalanta"nın futbolçusu Ademola Lukmana qış "transfer pəncərəsi" zamanı Türkiyə klubuna keçməyi məsləhət görüb.

Sportal.az "A Spor"a istinadən xəbər verir ki, Lukman İtaliya klubundan ayrılmağı düşünür və "Qalatasaray" onu heyətinə etmək mübarizəsində əsas favoritdir.

Osimhen də mümkün transferi dəstəkləyib və Lukmanla bu haqda söhbət edib, onu keçidə razı salmağa çalışır.

Lukman "Atalanta"da beş oyunda iki qol vurub və bir asist edib. Onun Berqamo təmsilçisi ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

28 yaşlı vinger karyerası ərzində "Çarlton", "Everton", "Leyptsiq", "Fulhem" klublarında oynayıb.

Xəbər xətti