Futbol üzrə Azərbaycan II Liqasında XIV turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, bu gün "Qaradağ Lökbatan" öz meydanında "Araz Saatlı"nı qəbul edib. Qarşılaşma ev sahiblərinin 13:1 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 39-a yüksəldən "Qaradağ Lökbatan" liderliyi ələ keçirib. 4 xalı olan "Araz Saatlı" isə sonuncu yerdədir.
"Qaradağ Lökbatan" - "Araz Saatlı" 13:1
Qollar: R.Orucov, 1, 6, 20, 46, 54, F.Abbaslı, 8, 14, 26, İ.Hüseynov, 37, 44, T.Nəsibov, 47, R.Quliyev, 61, S.Allahquliyev, 83 - R.Əvəzov, 68
