"Bu matç əhval-ruhiyyəmizi sarsıda bilərdi" - Rumıniya klubu "Qarabağ"ın təklifini geri çevirdi

18:33 - 21 Dekabr 2025

“Qarabağ” Türkiyənin Antalya şəhərində keçiriləcək təlim-məşq toplanışı zamanı Rumıniyanın FKSB klubu ilə yoldaşlıq oyunu keçirməyi planlaşdırırmış. Lakin Buxarest klubu bundan imtina edib.

Sportal.az Rumıniyanın “Prima Sport” nəşrinə istinadən xəbər verir ki, ölkə çempionu psixoloji durum və taktiki səbəblərə görə “Qarabağ”ın təklifini geri çevirib. FKSB-nin direktoru Mixay Styoka Rumıniya nəşrinə açıqlamasında bu cür danışıb:

"Qarabağ" onlara qarşı yoldaşlıq oyunu keçirmək istəyib-istəmədiyimizi öyrənmək üçün bizə müraciət etmişdi. Amma bu, əhval-ruhiyyəmizi sarsıda bilərdi (gülür). Onlar yanvarın 12-də oynamaq istəyirdilər, amma 16-da Piteştidə “Argeş”lə oyunumuz var. 

Xatırladaq ki, “Qarabağ” Antalyada (12 və 16 yanvar) iki yoldaşlıq oyunu keçirməyi planlaşdırırlar.

Xəbər xətti