Azərbaycanın U-21 yığmasının sabiq üzvü Murad Vəliyev yenidən Estoniyaya qayıdıb.
Sportal.az xəbər verir ki, 23 yaşlı futbolçu “Trans Narva” ilə anlaşıb.
Həmyerlimiz “Şamaxı”dan ayrıldıqdan sonra klubsuz qalmışdı. O, Estoniya yüksək liqasının təmsilçisi ilə 1 illik müqaviləyə qol çəkib.
Vəliyev 2002-ci ildə Estoniyanın paytaxtı Tallində dünyaya gəlib.
“Levadiya”nın yetirməsi “Kalev”, “Nomme Yunayted” klublarında da oynamışdı.
