"Roma" futbolçusuna yeni müqavilə təklif etdi

12:47 - 19 Dekabr 2025

"Roma" aparıcı oyunçularından biri olan Lorenzo Pelleqrinini komandada saxlamağı planlaşdırır.

Sportal.az "Tuttomercato"ya istinadən xəbər verir ki, “canavarlar” 29 yaşlı futbolçuya 3 illik müqavilə təklif etsə də, hələ ki tərəflər arasında razılıq əldə edilməyib.

Pelleqriniyə həm İtaliya, həm də Səudiyyə Ərəbistanı klublarından təklif olduğu üçün o, “Roma”ya cavab verməyə tələsmir.

Paytaxt klubunun yetirməsi olan Lorenzo 2017-ci ildə “Sassuola”dan hazırkı komandasına keçmişdi. Onun müqavilə müddəti mövsümün sonunda başa çatacaq.
 

Xəbər xətti