"Sabah"ın müdafiəçisi İqor Noqeyra Sportal.az saytına müsahibə verib. Braziliyalı futbolçu həm 15-ci turun "Turan Tovuz"la matçını (3:1) dəyərləndirib, həm də komandanın hədəfləri haqda danışıb.
- Səfərdə "Turan Tovuz"a qalib gəldiz. Bu oyunla bağlı fikirlərini bölüşərdin...
- Çox çətin komandaya qarşı oynadıq. Bilirdik ki, burada çətinliklərlə qarşılaşacağıq. Amma rəqibə öz oyunumuzu qəbul etdirdik. Topa daha çox nəzarət edən tərəf biz idik. Çalışdıq ki, əlimizə düşən qol fürsətlərini dəyərləndirək. Birinci qolu vurduqdan bizim üçün daha rahat oldu. Çünki açıq oyun getdi. Bu da bizim oyun üslubumuza daha uyğundur.
- Meydançanın ot örtüyünün durumu ilə bağlı nə deyə bilərsən?
- Çox yaxşı stadiondur. Amma ot örtüyü ilə bağlı deyə bilərəm ki, bəlkə də burada oynamağa çox tez başladılar. Meydança oyunları keçirmək üçün tam hazır deyil.
- Çempionatın geridə qalan periodunu necə dəyərləndirirsən? Qarşınıza qoyulan hədəf nedir?
- İlk məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır. Amma hazırda elə vəziyyətdəyik ki, böyük xəyallar da qura bilərik. Çempionat uzundur. Əlimizə düşən fürsətlərdən yaxşı istifadə etməliyik.
- "Sabah"ın "Qarabağ"la çempionluq üçün mübarizə aparmaq potensialını necə dəyərləndirirsən?
- Ötən mövsüm bəlkə də çoxlarının gözləmədiyi halda biz kubokun finalında onlara qalib gəldik. Sadəcə onlara qarşı yox, özümüz özümüzün üzərində də çox işləməliyik ki, böyük uğurlar əldə edək.
"Sabah" etibarlı müdafiə xətti ilə seçilir. Həm müdafiəçilərin, həm də özünün performansı barədə nə deyə bilərsən?
- Öz oyunun barədə danışmağı çox da xoşlamıram. Digər müdafiəçilərlə birlikdə həddindən artıq çalışırıq ki, qapımızı toxunulmaz saxlayaq. Ən önəmlisi odur ki, öz oyunumuzla "Sabah"a kömək edək.
Elçin Əlixan
saytlarin hazirlanmasi
