Polşa klubu millimizin forvardı ilə yollarını ayıracaq

10:47 - 18 Dekabr 2025

Azərbaycan milli futbol komandasının hücumçusu Renat Dadaşov tezliklə klubunu dəyişə bilər.

Sportal.az hücumçunun hazırda oynadığı Polşanın "Motor”(Lublin) klubu Renat da daxil olmaqla üç oyunçusuna yeni klub axtarmağa icazə verdiyini rəsmi olaraq açıqlayıb.

Dadaşov mövsümün əvvəlində "Motor"a keçib və o vaxtdan bəri 12 matça çıxıb.

Onun müqavilə müddəti mövsümün sonuna qədər idi.

Xəbər xətti