İlin ən yaxşı baş məşqçisi də bəlli oldu - Flik və Slotu qabaqladı

22:51 - 16 Dekabr 2025

PSJ-nin baş məşqçisi Luis Enrike FİFA-nın versiyasına görə 2025-ci ilin ən yaxşı məşqçisi seçilib.

Sportal.az xəbər verir ki, Paris təmsilçisinin baş məşqçisi "The Best" mükafatını qazanaraq final səsverməsində Hansi Fliki ("Barselona") və Arne Slotu ("Liverpul") qabaqlayıb.

Luis Enrikenin rəhbərliyi altında PSJ 2025-ci ildə tarixində ilk dəfə Çempionlar Liqasını qazanıb. Komanda həmçinin Fransa çempionatını, Fransa Kubokunu və Superkubokunu, eləcə də UEFA Superkubokunu da əldə edib.

Xəbər xətti