"Qalatasaray" Türkiyə Kubokunun əsas mərhələsinin ilk turunda doğma meydanda "Başakşehir"i qqəbul edəcək.
Sportal.az xəbər verir ki, "sarı-qırmızılar" oyuna ciddi itkilərlə çıxacaq.
"Cim bom"un heyətində müxtəlif səbəblərdən 7 itki var. Vilfried Sinqo, Berkan Kutlu, Kaan Ayhan və Uğurcan Çakır zədəli olduqları üçün komandaya kömək edə bilməyəcəklər. Viktor Osimhen (Nigeriya), Mario Lemina (Qabon) və İsmail Yakobs (Seneqal) Afrika Millətlər Liqasında iştirak etmək üçün ölkələrinin yığma komandalarına yollanıblar.
Qeyd edək ki, "Qalatasaray" - "Başakşehir" qarşılaşması sabah keçiriləcək və Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.
saytlarin hazirlanmasi
