"Barselona" "Borussiya"nın futbolçusu ilə danışıqlara başladı

00:07 - 16 Dekabr 2025

“Barselona” Dortmund “Borussiya”sının futbolçusu Yulian Ruersonu heyətinə qatmaqda maraqlıdır.

Sportal.az "Sky Sport"a istinadən xəbər verir ki, katalon klubu müdafiəçi Jül Kunde üçün maliyyə baxımından sərfəli əvəz axtarır və 28 yaşlı norveçli futbolçu ispan klubunun siyahısına daxildir. Oyunçunun nümayəndələri ilə “Barselona” arasında artıq ilkin danışıqlar aparılıb, lakin hazırkı mərhələdə konkret addımlar atılmayıb.

Ruersonun “Borussiya” ilə müqaviləsi 2028-ci ilə qədər qüvvədədir. Qeyd olunur ki, futbolçu yayda transferə açıqdır.

Qeyd edək ki, bu mövsüm Yulian Bundesliqada 13 oyun keçirib və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti