"İnter"in müdafiəçisi Denzel Dumfrisin yaşıl meydanlara qayıdışı ləngiyir.
Sportal.az xəbər verir ki, niderlandlı futbolçunun zədəsi gözləniləndən ciddidir. Bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Noyabrın 9-da "Latsio" ilə matçda topuğundan xəsarət alan Dumfrisin zədəsinin yüngün olduğu ehtimal olunurdu. Lakin 29 yaşlı sağ cinah müdafiəçisinin ayağındakı ağrılan azalmayıb. Buna görə də futbolçu əməliyyat olunacaq. Təcrübəli oyunçu gələn ilin mart ayında yaşıl meydanlara qayıdacaq.
Qeyd edək ki, "İnter" Denzel Dumfrisi 2021-ci ilin yayında PSV-dən transfer edib. Niderland millisinin üzvü bu mövsüm milan təmsilçisinin meydana çıxdığı 17 rəsmi matçda 3 qol vurub.
saytlarin hazirlanmasi
