"Neftçi"nin futbolçusu Afrika Millətlər Kuboku üçün yığmaya çağırıldı

16:15 - 16 Dekabr 2025

"Neftçi"nin futbolçusu Sessi D’Almeyda Afrika Millətlər Kubokunda mübarizə aparacaq Benin milli komandasına dəvət olunub.

Sportal.az xəbər verir ki, D qrupunda yer alan Benin millisi Seneqal, Botsvana və Konqo Demokratik Respublikası ilə qarşılaşacaq.

Qeyd edək ki, Afrika Millətlər Kuboku dekabrın 21-də start götürəcək.

Xəbər xətti